Aydın Hüseynov şərh etdi: İqtisadi təhlükəsizlik baxımından Azərbaycan regionda açıq fərqlə öndədir
Azərbaycanın strateji valyuta ehtiyatları bu gün 80 milyard dollardan çoxdur. Bu, ölkənin illik ÜDM-inə demək olar bərabər göstəricidir. Gürcüstanın ümumi ehtiyatları təxminən 5 milyard dollar, Ermənistanın isə 4 milyard dollar civarındadır. Yəni iqtisadi təhlükəsizlik baxımından Azərbaycan regionda açıq fərqlə öndədir.
Azərbaycanın dövlət borcu ÜDM-in 10 faizi səviyyəsindən aşağıdır.
Gürcüstanda bu göstərici 40%-dən çoxdur,
Ermənistanda isə 60%-ə yaxınlaşır.
Dünyada iqtisadi dayanıqlığın əsas meyarlarından biri məhz aşağı borc yüküdür.
Son 20 ildə Azərbaycana 300 milyard dollardan çox investisiya yatırılıb. Bunun böyük hissəsi infrastruktur və sənaye bazasının qurulmasına yönəlib. Bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, Cənub Qaz Dəhlizi kimi layihələr artıq gəlir gətirən aktivlərə çevrilib.
Dördüncü — adambaşına ÜDM müqayisəsi:
Sadəcə Gürcüstan və Ermənistanın artım faizlərini Azərbaycanla müqayisə etmək düzgün deyil. Kiçik iqtisadiyyatlarda artım faizinin yüksək görünməsi normaldır. Məsələn, 15–20 milyard dollarlıq iqtisadiyyatda xidmət sektorunun və ya turizmin artması ümumi göstəricini dərhal yüksəldə bilir. Azərbaycan isə daha böyük və sənaye əsaslı iqtisadiyyata malikdir. Böyük iqtisadiyyatlarda əsas məqsəd dayanıqlı,davamlı və sabit artımdır.
Gürcüstan ÜDM-nin təxminən 20%-ni turizm hesabına formalaşdırır. Pandemiya dövründə iqtisadiyyatın dərhal 7-8% kiçilməsi bunu göstərdi.
Ermənistanda son artıma səbəbi Rusiyadan gələn müvəqqəti kapital axını ilə baglıdır ki,bunun da heç bir gələcək effekti yoxdur.
Azərbaycan isə:
Avropaya qaz ixrac edən ölkədir,
Sənaye və enerji istehsalı üstünlük təşkil edir,
ixrac gəlirləri real sektordan formalaşır.
Alıcılıq qabiliyyəti paritetinə görə adambaşına gəlirdə Azərbaycan regionda ən ön mövqeyə malikdir
Beşinci — gələcək iqtisadi potensial.
Azərbaycan bu gün: Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizin əsas ölkəsidir,
Avropanın enerji təhlükəsizliyində strateji tərəfdaşdır,
2030-a qədər 10 GVt-a yaxın yaşıl enerji istehsalı planlaşdırır,
Qarabağ və Şərqi Zəngəzura artıq milyardlarla manat dövlət investisiyası yönəldilib.
Bu region yaxın illərdə yeni iqtisadi artım mərkəzinə çevriləcək.
Azərbaycanın qeyri-neft ixracı son illərdə 3 dəfədən çox artıb. Bu isə iqtisadiyyatın tədricən şaxələndiyini göstərir.
Ona görə də Azərbaycan iqtisadiyyatını “tənəzzülə gedir” kimi təqdim etmək reallığı əks etdirmir. Bəli, problemlər var, buna uyğun da islahatlar aparılır, önəmli proqramlar həyata keçirilir.
Mövcud göstəricilər onu deməyə əsas verir ki,ölkə iqtisadiyyatı getdikcə daha da güclənir.
Sadə desək — zəif iqtisadiyyat böyük ehtiyat toplamır, aşağı borcla yaşamır və qlobal enerji və logistika layihələrinin mərkəzinə çevrilmir.
Aydın Hüseynov
Millət vəkili










