AP Qaradağ rayon təşkilatında məşvərətçi səs hüquqlu üzvlərə təlim keçirilib
Avqustun 13-də YAP Qaradağ rayon təşkilatında Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar 37 saylı DSK üzrə məntəqə seçki komissiyalarının məşvərətçi səs hüquqlu 31 nəfər üzvünə təlim keçirilib.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisə YAP-dan namizədliyi irəli sürülmüş Aydın Hüseynov 37 saylı Qaradağ dairə seçki komissiyasının məntəqə seçki komissiyalarında fəaliyyət göstərəcək məşvərətçi səs hüquqlu üzvləri, YAP Qaradağ rayon təşkilatının əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev iştirakçıları salamlayaraq ölkəmizdə sentyabrın 1-də keçiriləcək parlament seçkilərinə hazırlığın gedişi barədə məlumat verib.
Tədbirdə çıxış edən Milli Məclisə deputatlığa namizəd Aydın Hüseynov rayon ərazisində mövcud olan seçki məntəqələrinə məşvərətçi səs hüquqlu üzvlərin əksəriyyətinin bu sahədə böyük təcrübəyə malik olduğunu və üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcəklərinə inandığını bildirdi. Daha sonra məşvərətçilərə seçki günü daha ayıq-sayıq olmaları barədə təlimat verdi və hər cür baş verə biləcək təxribatlara diqqət yetirmələrini tapşırdı, sonda onlara uğurlar arzuladı.
Tədbirdə çıxış edən məşvərətçi səs hüquqlu üzvlərdən Elnarə Məmmədova, Bəsti Şabanova, Günay Ağaverdiyeva, Şahmar Hüseynov və başqaları ölkəmizdə seçkilərin hər zaman demokratikliyi, şəffaflığı və qanunun aliliyi şəraitində keçirildiyini, bu seçkilərin də yüksək səviyyədə təşkili üçün bütün bacarıqlarını sərf edəcəklərini bildirdilər.
Təlim zamanı səslənən suallar ətraflı cavablandırıldı.
Təlimin sonunda məşvərətçi səs hüquqlu üzvlərə vəsiqələr təqdim edildi.

media-728x90banner

Bənzər xəbərlər