Azərbaycan  mediasında özünəməxsus dəsti-xətti ilə seçilən XALQ.AZ xəbər portalının    yaranmasından 12 il ötür.

Azərbaycan xəbər məkanında obyektiv yanaşma ilə fəaliyyətimizi davam etdiririk.  Xəbər portalının redaksiyasına təbriklər ünvanlanır.

Həmin təbrikləri təqdim edirik:

Azərbaycanda söz azadlığı və mətbuat azadlığı təmin olunmuş ölkədir. 1998-cı ildə senzura ləğv olunmuşdur. Dövlət medianın inkişafına dəstək verir. Beləki, ölkəmizdə yazılı və onlayn media artıq yeni çağırışlara cavab verir.

XALQ.AZ xəbər portalıda bu tələblərə cavab verərək uğurlu fəaliyyətini davam etdirir.

Müasir mətbuatımız 44 günlük haqlı savaşımızda da öz sözünü demiş oldu.  Bu gündə Azərbaycanımıza qarşı çirkin təxribatlara lazımı səviyyədəcavab verməklə  öz fəaliyyətini davam etdirir.

XALQ.AZ xəbər portalının kollektivini təbrik edirək daima obyektiv yanaşma sərgiləməklə fəaliyyətlərində müvəfəqiyyətlər,və yeni yaradıcılıq uğurları arzulayıram.

 

Aydın Hüseynov

 Milli Məclisin deputatı


media-728x90banner

Bənzər xəbərlər