Aysu anası barəsində nələr dedi: Rəqsanə İsmayılovanı onlar qarşıladı-Video
Xəbər verdiyimiz kimi, həbsdə olan müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb.
XALQ xəbər verir ki, bu gün Sabunçu rayon Məhkəməsində bununla bağlı təqdim olunan vəsatətə baxılıb.
Məhkəmə onun barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar verib.
APA-nın əldə etdiyi məlumata görə, dəymiş zərərin müəyyən hissəsinin ödənilməsi və zərərçəkmişlərlə təqsirləndirilən Rəqsanə İsmayılova arasında olan qarşılıqlı razılığa əsasən, onun barəsində tətbiq edilmiş həbs qətimkan tədbiri məhkəmə tərəfindən ev dustaqlığı ilə əvəz olunub.
Cinayət işi üzrə polis tərəfindən istintaq tədbirləri davam etdirilir.

Rəqsənə İsmayılovanın qızı Aysu jurnalistlər açıqlamasına bildirib ki bütün məlumatları vəkilimiz təqdim edəcək
Rəqsanə İsmayılovanın azadlıqda ilk görüntüləri yayılıb:










