media-teyy

İnstaqram sosial şəbəkəsində @maskaliiii adlı istifadəçi Azərbaycan Hava Yolları (AZAL) ilə bağlı narazılığını ictimaiyyətlə bölüşüb.

Paylaşılan videoda xanım sərnişin uçuş zamanı yeməklərin çox gec paylanıldığını, növbə ona çatdıqda isə yeməyin qalmadığının bildirildiyini qeyd edib.   Onun sözlərinə görə, sonradan çay istədikdə isə bələdçi tərəfindən enişə az vaxt qaldığı əsas gətirilərək çay verilməyib. Sözügedən paylaşım sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub. Məsələ ilə bağlı hələlik AZAL tərəfindən rəsmi açıqlama verilməyib.

XALQ həmin görüntüləri təqdim edir:


media-728x90banner

Bənzər xəbərlər