Xəbər verdiyimiz kimi, bu gün “Azərbaycan Hava Yolları” aviaşirkətinin AZAL J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən Embraer 190 təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya düşüb.  
XALQ.AZ məlumat verir ki, pilotlar təyyarəni boş sahəyə endirməyə çalışıblar, lakin buna nail ola bilməyiblər:
Məlumata əsasən Xəzər dənizinin üzərində SOS yardım siqnalı verilib..
Ekspertlərin  rəyinə görə video görüntülərdə, Braziliya istehsalı olan Embraer 190 tipli təyyarənin pilotlarının bir neçə dəfə yüksəkliyi bərpa etməyə cəhd etdikləri, lakin bu cəhdlərin uğursuz olduğu görünür. Ekipajın təyyarəni açıq sahəyə endirməyə çalışmaq qərarına gəldiyi ehtimal olunur.
  Təyyarə aşağı sürətlə uçaraq qəzaya uğrayıb.  Bu görüntülər hadisənin dəhşətini və təyyarənin uçuşunun nə qədər kritik şəraitdə olduğunu bir daha önə çıxarır.
Qazaxstan mətbuatının yaydığı məlumatda  təyyarədə olan sərnişinin bildirdiyinə görə “Təyyarədə partlayış baş verdi, nəfəs almaq olmurdu əksəriyyəti huşlarını itirib.
Müstəqil ekspertlərin fikrincə təyyarə nasaz olub texniki problem uçuş zamanı baş verib və göyərtədə oksigen balonu partlayıb.  Bu səbəbdən sərnişinlər huşlarını itiriblər deyə məlumatda qeyd olunur.
“AZAL”dan təyyarənin texniki vəziyyəti ilə bağlı heç bir açıqlama almaq mümkün olmadı.
Qeyd edək ki, Baş Prokurorluqda  AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlanıb

media-728x90banner

Bənzər xəbərlər