AZAL-ın göylə “uçan” qiyməti,yerlə “sürünən” xidməti…
Azərbaycan Hava Yolları (AZAL) şirkəti illərdir qazandığı imicini deyəsən dəyişmək fikrindən uzaqdır. Şirkət uzun illərdir ki, xidmətlərin keyfiyyətinin aşağı olması, qiymətlərin isə yüksək olması ilə tanınıb. AZAL fəaliyyətində rəhbər tutduğu bu prinsipləri belə görünür ki, dəyişmək istəmir.
XALQ 1xeber.media istinadən xəbər verir ki şirkətin rəhbərliyində dəyişiklik baş verəndə dövlət şirkətinin fəaliyyətində müsbət dəyişikliklərin olacağı ümidi yaranmışdı.
2024-cü ildə Samir Rzayev şirkətə rəhbər təyin olunanda sərnişinlər ümid edirdi ki, şirkət özü haqqında formalaşan mənfi imicdən xilas olacaq, daha keyfiyyətli və münasib qiymətlərə xidmətlər təşkil ediləcək. Amma təəssüflər olsun ki, AZAL-da rəhbərlik dəyişsə də, köhnə problemlər bitmədi.










