AZAL Naxçıvana uçan sərnişinləri necə aldadır? -Sərnişinlər belə təhqir olundu…. Video
Naxıvana uçan təyyarəyə 20 yaxın sərnişin buraxılmadı.
XALQ-a daxil olan məlumata görə bu gün saat 16.40-da Bakı-Naxçıvan reysinə bilet alan 20 yaxın sərnişin təyyarəyə buraxılmayıb.
Belə ki, qeydiyyat zamanı təyyarədə yer olmadığını bildiriblər və sərnişinlərə digər reysə biletlərin dəyişidirilməsi qeyd olunub.
Sərnişinlər arasında hərbçilər, əsgərlər, xəstə və uşaqlı sərnişinlər narazılıqlarını bildiriblər.
Lakin 26.09.2025-ci il tarixində saat 16.40 Bakı Naxçıvan reysinə alınan bilet olduğu halda təyyarədə yer olmadığı qeyd olunaraq sərnişinlərin haqlı narazılığına səbəb yaranıb.
Narazılığa cavabdeh şəxslər isə 1 saat sonra vətəndaşlara saat 19.00 təyyarə ilə yola salınacaqları bildiriblər.
Həmçinin qeyd edək ki, AZAL-ın nümayəndəsi Cəlal Süleymanov sərnişinləri təhqir etməkdən belə çəkinmədəyi müşahət olunub.
Qeyd edək ki, Bakı-Naxçıvan, və Naxçıvan-Bakı reysi ilə ilk defə deyil problem yaşanır.
Ölkə mətbuatında və sosial şəbəkələrdə mütəmadi sərnişinlərin narahatlıqları, bilət tapılmaması və s. məsələrlə bağlı məlumatlar dərc olunur.
Məsələ ilə bağlı AZAL-dan mövqe öyrənmək mümkün olmadı.
Yazıda adları keçənlərin və qurumların fikirlərin dərc etməyə hazırıq.