Naxçıvan Hava Limanının vəzifəli şəxslərinə cinayət işi açıldığı, bilet satışına məsul olan 4 əməkdaşın isə saxlanıldığı bildirilir. Məlumata görə, buna Prezidentin köməkçisi Anar Ələkbərovun xalasına Naxçıvan–Bakı reysi üçün 60 manatlıq biletin 200 manata satılması səbəb olub.
Hadisədən sonra hava limanında yoxlamalara başlanıldığı və bilet satışı ilə bağlı milyonlarla manatlıq yeyinti aşkarlandığı bildirilir.
 XALQ xəbər verir ki, AFN yadığı məlumata görə  Naxçıvan Hava Limanındakı mənbənin “Gündəlik Naxçıvan”a bildirdiyinə görə, yoxlamalar zamanı bilet satışı ilə bağlı 2 milyon manatdan çox yeyinti aşkarlanıb: “Bu işin açılmasına səbəb Prezidentin köməkçisi Anar Ələkbərovun xalasından əlavə pul alınması olub. Bir həftə əvvəl o, Naxçıvan aeroportundan Bakıya uçmaq istəyərkən kassirlər onu tanımayıb və 60 manatlıq bileti 200 manata satıblar. Bundan sonra Nəqliyyat Nazirliyi hava limanında gizli yoxlamalara başlayıb. Bütün sahələr üzrə çoxlu qanunsuzluqlar və yeyintilər aşkarlanıb. Təkcə bilet satışı ilə bağlı yoxlamada 2 milyon 135 min manat yeyinti üzə çıxıb. Deyirlər ki, araşdırma davam etdikcə bu rəqəm arta bilər”.
Mənbənin sözlərinə görə, yoxlamaların nəticələri hüquq-mühafizə orqanlarına təqdim olunub və bundan sonra saxlanılmalar başlayıb:
“Cinayət işi açılıb. İstintaq zamanı kassirlərin kartları yoxlanılıb. Məlum olub ki, müxtəlif vətəndaşlardan 60 manatlıq biletlərə görə 90, 110, hətta 250 manata kimi ödənişlər daxil olub. Bundan sonra saxlanılmalar başladı. Bilet satışı üzrə məsul şəxs Ramin Babayev və aralarında qadın olmaqla daha 3 nəfər saxlanılıb. Onları iki gün sonra Naxçıvandan çıxış qadağası tətbuq erərək buraxıblar.
Təsəvvür edin, təkcə aviakassadan direktor Salman Məmmədliyə çatan aylıq pay 13 min manat olub. Bu pullar haradan yığılırdı? Əlbəttə, 60 manatlıq biletlərin ən azı 90 manata satılmasından”.
Mənbə əlavə edir ki, Naxçıvan Hava Limanının direktoru və aviakassanın rəhbərləri də istintaqa çağırılıb: “Naxçıvan Hava Limanının direktoru və aviakassanın rəhbərləri də istintaqa çağırılıb, onlardan izahat alınıb. Hələlik buraxılıblar, amma onların da bu işdə əli olduğu və həbs olunacaqları deyilir”.
Məsələ ilə bağlı hələlik rəsmi məlumat verilməyib.

media-728x90banner

Bənzər xəbərlər