Xəzər Rayon Məhkəməsində “Azərbaycan Hava Yolları” QSC (AZAL) barəsində yazılmış cərimə protokoluna baxılıb.

 

XALQ.AZ-ın məlumatına görə, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, inzibati tənbeh tətbiq edilib, yəni şirkətə cərimə kəsilib.

 

Qeyd: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 295.2-ci (Hava gəmisinin istismarçısı tərəfindən hava gəmilərinin təhlükəsizliyinin təmin edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.


media-728x90banner

Bənzər xəbərlər