"AZAL"ın rəhbəri Samir Rzayev məsuliyyətə cəlb olunacaq?
Xəbər verdiyimiz kimi, bu gün “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
XALQ.AZ məlumat verir ki, qəza nəticəsində ölən və yaralılar var. Məlumata əsəsən qəza ilə bağlı cinayət işi qaldırılıb və rəsmilər Aktau şəhərində hadisə yerinə ezam olunub.
Rəsmi məlumatlar görə xəsarət alanlar müalicə üçün xəstəxanalara çatdırılıb. Xəsarət alanlar arasında azyaşlı və yeniyetmələr olduğu bildirilir. Məlumatlara görə təyyarədə 67 nəfər olub, onlardan 62 sərnişin, 5 ekipaj üzvü.
Qeyd edək ki, Ölkə başçısı Rusiyadan təcili Bakıya qayıdıb və dərhal müavirə keçirib lazımi tapşırılarını verib.
Müşavirədə göründüyü kimi AZAL-ın rəhbəri Samir Rzayev çıxılmaz vəziyyətdə olub. Qeyd edək ki, hadisə barədə məsuliyyətə cəlb olunacağını dərk edən “AZAL”ın rəhbəri heç mətbuata belə açıqlama verməyib.
Belə ki, jurnalistlər üçün brifinqi qurumun sözcüsü Fərid Hüseynov və Hava limanının mətbuat katibi Nərmin Xəlilova edib. “AZAL”-ın rəhbər şəxsləri jurnalistlərin qarşısna çıxmayıb.
Qeyd edək AZAL-ın sozçüsü brifinqdə kağız üzərində mətni oxuyaraq həyacanlı olduğu gözdən qaçmayıb həmçinin əlavə sual verildikdə həmkarı onu vəziyyətdən çıxarmağı bacarıb.
Qeyd edək ki, AZAL-ın fəaliyyəti ilə bağlı mütəmadi ölkə mətbuatında və sosial mediada şikayətlər qeyd olunur, qurumun əməkdaşlarının sərnişinlərə münasibəti, bilet qiymətlərinin baha olması, Naxçıvan istiqamətinə bilet tapılmaması, sərnişinlərin təhlükəsizliyi ilə bağlı və s. bu kimi məlumatlar dərc olunsada qurum bu barədə heç bir tədbri görmədiyi vurğulanır.
Məlumat üçün bildirirk ki, hadisə iə bağlı dövlət komissiyası yaradılıb və 26 dekabr ölkədə matəm elan olunub.