Qarabağdakı erməni separatçıları Bakının Ağdam-Xankəndi yolu ilə humanitar yardım təklifinə bir “şərt”lə razılıq verəcəklərini bildiriblər. Separatçı Tiqran Petrosyanın sərsəm ifadələrinə görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ağdam vasitəsilə Qarabağa daxil olmasını bir neçə gün öncə ələ keçirilən terrorçu Vaqif Xaçatryanın qaytarılacağı təqdirdə qəbul edəcəklər.

Qeyd edək ki, iyulun 29-da birinci Qarabağ müharibəsi zamanı bir çox azərbaycanlının qətlində iştirak etmiş Vaqif Xaçatryan Laçın postunda saxlanılıb.

Millət vəkili Azər Badamov  deyib ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ilə möhtəşəm qələbəyə imza ataraq, Ermənistan ordusunu darmadağın edib. İrəvanı kapitulyasiya sənədinə imza atmağa məcbur qoyub.

Deputatın sözlərinə görə, müharibədən sonrakı dövrdə diktə edən və şərtlərini irəli sürən tərəf Azərbaycandır: “Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində aparılan bütün danışıqlar Azərbaycanın şərtləri üzərində qurulub. Qarabağdakı erməni separatçılarının Bakının Ağdam-Xankəndi yolu ilə humanitar yardım təklifinə bir “şərt”lə razılıq verəcəklərini bildirməsi və separatçı Tiqran Petrosyanın sərsəm ifadələri, terrorçu Vaqif Xaçatryanın qaytarılmasını tələb etmək absurd və gülməlidir”.

Azər Badamov: Müharibədən sonrakı dövrdə diktə edən və şərtlərini irəli sürən tərəf Azərbaycandır

A.Badamov qeyd edib ki, Azərbaycan dövləti Qarabağdakı ermənilərə Ağdam-Xankəndi yolunu təklif etməklə onlara dəstək vermək və reinteqrasiya üçün şərait yaratmaq niyyətini ortaya qoyur. Deputat bildirib ki, Qarabağdakı ermənilərin humanitar yardıma ehtiyacları varsa, təklifi qəbul etsinlər və Azərbaycana yalvarsınlar: “Əgər yardımımızı qəbul etmək istəmirlərsə, deməli buna ehtiyacları yoxdur. Ehtiyacları olanda yalvaracaqlar. Müharibə caniləri törətdikləri cinayətlərin cavabını mütləq verməlidir. Bu, nəinki Vaqif Xaçaturyana, beynəlxalq axtarışa verilmiş digər cinayətkarlara da aiddir. Şübhəsiz, soyqırımlarda əli olmuş digər cinayətkarlar da yaxalanacaq və layiqli cəzalarını alacaqlar. O baxımdan separatçı Tiqran Poqosyanın Vaqif Xaçaturyanın buraxılması müqabilində Azərbaycanın təklifini qəbul edəcəyini bildirməsi axmaqlıqdır”.

 


media-728x90banner

Bənzər xəbərlər