media-ulvi

Prezident İlham Əliyev Davos səfəri zamanı müxtəlif beynəlxalq liderlərlə görüşlər keçirib və Davos İqtisadi Forumunun tədbirlərində fəal iştirak edib. Forum çərçivəsində dövlətimizin başçısı iqtisadi panel sessiyalarında çıxış edərək qlobal iqtisadiyyat, siyasi məsələlər və regional sülh istiqamətində fikir mübadiləsi aparıb.

Bu sözləri   açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva deyib.

Deputat Davos İqtisadi Forumu çərçivəsində Azərbaycanın da təsisçi üzvlər sırasında olduğu ABŞ-ın Sülh Şurası barəsində danışıb. Ülviyyə Həmzəyeva vurğulayıb ki, Şuranın əsas məqsədləri arasında münaqişələrdə davamlı barışığın təşviqi, xüsusilə İsrail-Fələstin, Qəzza və digər gərgin bölgələrdə sülhün dəstəklənməsi, beynəlxalq dialoq və əməkdaşlığın gücləndirilməsi var. Azərbaycanın bu sənədin təsisçi üzvlərindən biri olması isə ölkəmizin beynəlxalq sülh prosesində aktiv rolunu göstərir.

“Bundan əlavə forum çərçivəsində Prezident İlham Əliyev ABŞ-ın Prezidenti Donald Tramp ilə görüşüb. Görüş zamanı iki ölkə arasındakı münasibətlərin inkişafı və regional sülh gündəliyinin irəliləməsi müzakirə olunub. Xüsusilə Azərbaycan-Ermənistan arasındakı sülh prosesi, ticarət, regional əməkdaşlıq və strateji əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Düşünürəm ki, bu görüş Azərbaycan ilə ABŞ arasında diplomatik əlaqələrin daha da güclənməsinə töhfə verib. Qeyd olunmalıdır ki, Prezident İlham Əliyevin Davos səfəri sadəcə rəsmi tədbir olmayıb, eyni zamanda, Azərbaycanın beynəlxalq diplomatik mövqeyini gücləndirib və regiondakı sülh prosesində fəal rolunu nümayiş etdirib”, – deyə deputat vurğulayıb.


media-728x90banner

Bənzər xəbərlər