“Azərbaycan BTQ ilə sərnişindaşımaya hazırdır”
“Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə sərnişindaşımaya başlanılmaması digər ölkələrlə əlaqədardır”
XALQ.AZ xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib. Onun sözlərinə görə, Gürcüstan və Türkiyə tərəfi sərnişin qatarının işə düşməsinə hazır olduqdan sonra daşımalara başlanılacaq.
C.Qurbanov diqqətə çatdırıb ki, Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına başlamağa hazırdır.
Orxan