Azərbaycan diplomatiyasının növbəti uğuru
“BMT TŞ-nin iclasında Ermənistan və Fransanın Azərbaycana qarşı irəli sürdüyü saxta ittihamların qəbul olunmaması Azərbaycan diplomatiyasının növbəti uğurudur”.
Bu fikirləri millət vəkili Azər Badamov deyib. Deputat BMT TŞ-nin iclasında Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin çıxışı barədə danışaraq bildirdi ki, diplomatımız ümumi vəziyət barədə çox obyektiv, reallıqa və beynəlxalq hüquqa söykənmiş fikirləri auditoriyanın diqqətinə çatdırdı:
Həm də Azərbaycanın Qarabağ bölgəsinin etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiyası siyasətini həyata keçirdiyini, Azərbaycan Konstitusiyasında və Azərbaycanın imza atdığı bütün müvafiq beynəlxalq insan hüquqları mexanizmlərində nəzərdə tutulmuş hüquq və azadlıqlara zəmanət verdiyini qeyd etdi”.
Deputat son olaraq bildirdi ki, BMT TŞ-nin iclasında Ermənistan və Fransanın Azərbaycana qarşı irəli sürdüyü saxta ittihamların qəbul olunmaması Azərbaycan diplomatiyasının növbəti uğuru və beynəlxalq hüquqa hörmətlə yanaşmasının hələ də aktual qaldığının göstəricisidir.










