Azərbaycan dövlətinin məqsədi demokratik prinsipləri daha da genişləndirməkdir
Məlumdur ki, Azərbaycan demokratik dövlətdir, demokratik prinsiplərə söykənir”.
Bunu açıqlamasında deputat Aydın Hüseynov deyib.
O bildirib ki, bu demokratik prinsiplərin bir forması da ölkədə siyasi partiyaların tam qanunvericilik çərçivəsində fəaliyyət göstərməsidir: “Eyni zamanda məlumdur ki, “Siyasi partiyalar haqqında” yeni qanun qəbul olundu. Bu, siyasi partiyaların cəmiyyətdə və ümumi ictimai-siyasi proseslərdə iştirakını daha da genişləndirdi. Həm də Azərbaycan dövlətinin məqsədi bu demokratik prinsipləri daha da genişləndirmək, siyasi partiyaların bu proseslərdə iştirakına daha geniş şərait yaratmaqdır. Ölkə Prezidentinin daim bütün ölkə siyasəti qarşısında əsas prinsipal mövqeyi ondan ibarətdir ki, birinci növbədə dövlətçiliyimiz, milli maraqlarımız qorunmalıdır. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsi dövründə bütün siyasi partiyalar birləşdi. Bu bizim birliyimizin bir daha bariz nümunəsidir.











