Azərbaycan Dünya çempionu oldu-Video
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının qalibi bəlli olub.
XALQ xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan final görüşündə Azərbaycan və Macarıstan yığmaları üz-üzə gəlib.
Matç komandamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv tarixində ilk dəfə dünya çempionatının qalibi olub.
Qeyd edək ki, turnirdə üçüncü yeri Monteneqroya 3:0 hesabı ilə qalib gələn Serbiya millisi tutub.