Azərbaycan-Əlcəzair parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu yaradılır
Milli Məclisdə yeni Azərbaycan-Əlcəzair parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu yaradılır.
XALQ.AZ xəbər verir ki, bu, Milli Məclisin 8 iyulda keçiriləcək iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə” Milli Məclisin qərar layihəsində əksini tapıb.










