Azərbaycan əməkdaşlıq imkanlarını artırır
lham Əliyev ilə Volodimir Zelenski arasında Bakıda keçirilən görüş və mətbuata verilən bəyanatlar Azərbaycan–Ukrayna münasibətlərinin yeni mərhələyə keçdiyini göstərir.
Milli Məclisin deputatı fikrini bildirib
Deputat münasibət bildirərək əməkdaşlığın müxtəlif istiqamətlər üzrə dərinləşdiyini vurğulayıblar.
Milli Məclisin deputatı Mehriban Vəliyeva hesab edir ki, son illərdə liderlər arasında təmasların intensivliyi əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini təsdiqləyir:
“Son dörd il ərzində yeddi görüşün keçirilməsi, o cümlədən beynəlxalq platformalarda davamlı dialoq siyasi münasibətlərin formal çərçivədən kənara çıxaraq real əməkdaşlıq mexanizmlərinə söykəndiyini təsdiqləyir.”
Deputatın sözlərinə görə, iki ölkə arasında münasibətlər yalnız siyasi dialoqla məhdudlaşmır, həm də möhkəm hüquqi baza üzərində qurulub:
“2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış strateji tərəfdaşlıq sənədləri bu əlaqələrin institusional çərçivəsini formalaşdırıb.”
O, həmçinin energetika sahəsində əməkdaşlığın xüsusi rolunu qeyd edib:
“SOCAR-ın Ukraynada uzunmüddətli və uğurlu fəaliyyəti iki ölkə arasında iqtisadi inteqrasiyanın real nümunəsidir.”
Deputat ümumi olaraq Azərbaycan–Ukrayna münasibətlərinin həm siyasi, həm də iqtisadi müstəvidə dərinləşdiyini və qarşıdakı dövrdə daha geniş əməkdaşlıq imkanlarının formalaşacağını vurğulayırlar.










