media-tir

Ermənistanın Baş naziri Nikol Paşinyan sülh sazişinin paraflanmasından sonra Azərbaycanla Ermənistan arasında əlaqələrin növbəti mərhələsindən bəhs edib.

XALQ Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyan jurnalistlərə açıqlamasında deyib ki, əgər sülh müqaviləsi imzalanarsa, qısa zamanda Ermənistanla Azərbaycan arasında müəyyən ticarət əlaqələri yaranacaq və zamanla inkişaf edəcək.

media-pas

Onun sözlərinə görə, Vaşinqton Bəyannaməsinin üçüncü bəndində tərəflərin daxili nəqliyyat əlaqələri, yəni, iki ölkənin bir-birinin ərazisindən keçidinin əhəmiyyəti vurğulanıb:

“Ermənistan iki ölkə arasında gediş-gəlişi sadələşdirməyə hazırdır”.

Onun sözlərinə görə, biometrik pasportla xaricə səyahət forması necədirsə, gələcəkdə iki ölkə arasında da bu cür nümunənin tətbiq ediləcəyi nəzərdə tutulur.


media-728x90banner

Bənzər xəbərlər