Azərbaycan Ermənistanla ticarət əaqələrinə başladı
Azərbaycan neft məhsullarının ilk partiyası Ermənistana çatıb. Bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, Bakıdan yola salınan 1 300 ton Azərbaycanın “Aİ-95” markalı benzinini daşıyan yük qatarı artıq Ermənistandadır. G.Papoyanın sözlərinə görə, bu, Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasından sonra, eləcə də bütövlükdə müstəqillik dönəmində ilk ticarət və iqtisadi sövdələşmədir.










