“Azərbaycan gəncliyi, sözün əsl mənasında, milli-mənəvi dəyərlərə söykənən xarakterə sahib, vətənpərvər, ağıllı gənclər olaraq ölkəmizin hərtərəfli inkişafına öz vacib töhfələrini verir. Təbii olaraq Vətən müharibəsindəki qələbəmizdə gənclərimizin rolu danılmazdır. Bütün dünya gördü ki, Azərbaycan gənci gözünü qırpmadan torpaqlarının azadlığı, suverenliyinin bərpası üçün ölümə getdi. Ali Baş Komandanın ətrafına yığışan gənclik dünyaya vətənpərvərlik mövzusunda nümunə göstərdi”.

Bunu Milli Məclisin deputatı  Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, Azərbaycan gənci təhsildə, bilik olimpiadalarında, elm simpoziumları, idman yarışlarında da öz gücünü ortaya qoyur. Azərbaycanın idmançıları qlobal idman yarışlarında ölkəmizi şərəflə təmsil edirlər: “Dövlətin gənclərlə iş strategiyası da günümüzün vacib məsələlərindən biridir. Azərbaycan Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Elm və Təhsil Nazirliyi və digər dövlət qurumları da gənclərin inkişafı üçün lazımi addımlar atırlar. Gənclər Fondu gənclərin həm fərdi, həm də təşkilat olar ideyalarının dəstəklənməsinə kömək göstərir. Bu gün azərbaycanlı gənclər öz ideyalarını həyata keçirmək üçün Gənclər Fondunun köməyindən istifadə edə bilirlər.

Təbii ki, çatışmayan cəhdlər də mövcuddur. Bəzən gənclər qabiliyyətləri ilə potensialları arasındakı əlaqəni qura bilmirlər. Buna görə də daim öz üzərlərində işləməlidirlər”.


media-728x90banner

Bənzər xəbərlər