Bu gün biz Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə media nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası keçiririk. Gördüyünüz kimi Azərbayacnın aparıcı media subyektlərinin təmsilçiləri böyük həvəslə aksiyada iştirak edirlər.  

Bildiyiniz kimi Azərbaycanda müstəqil mətbuatın formalaşması və sürətli inkişafının təmin edilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır.

Ulu Öndər həmişə jurnalist peşəsinə dərin hörmət bəsləmiş, mətbuat işçiləri ilə yaxın təmsada olmuşdur.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyamızda söz, fikir və məlumat azadlığı ilə bağlı konkret müddəalar əksini tapmışdır.

Məhz Ulu Öndərin təşəbbüsü, siyasi iradəsi və böyük səyləri nəticəsində Azərbaycanda 1998-ci ildə mətbuat üzərindən senzura ləğv edilmişdir.

2002-ci ilin martında Azərbaycan jurnalistləri arasında keçirilmiş sorğu nəticəsində Heydər Əliyevin “Jurnalistlərin dostu” seçilməsi Ümummilli Liderin medianın inkişafına diqqət və qayğısının məntiqi nəticəsi olmuşdur.

Ulu Öndərin siyasətini və ənənələrini müasir dövrün tələblərinə uyğun uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev medianın inkişafına əlverişli şərait yaradılmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir.

Ümummilli Liderimiz Heydər Əliyevin nurlu xatirəsi Azərbaycan mətbuatının tarixində, Azərbaycan jurnalistlərinin qəlbində əbədi yaşayacaq, Azərbaycan jurnalistləri Ulu Öndərimizi həmişə qədirbilənliklə anacaqlar.


media-728x90banner

Bənzər xəbərlər