featured-image-42330

Milli

Azərbaycan yığması AVRO-2016-nın seçmə mərhələsində çıxışına uğursuz start verdi.

XALQ.AZ-ın məlumatına görə, millimiz doğma meydanda Bolqarıstan yığmasına 1:2 hesabı ilə məğlub olub.

“Bakcell Arena”da keçirilən qarşılaşmada hesabı 14-cü dəqiqədə qonaqlardan İlian Miçanski açıb.

Millimiz Dmitri Nazarovun vurduğu qolla 54-cü dəqiqədə hesabı bərabərləşdirsə də bolqarlar 87-dəqiqədə qələbə qolunu vurub, Ventsislav Xristov fərqlənib.

Qeyd edək ki, yığmamız növbəti oyunlarını oktyabrda keçirəcək. Ayın 10-da İtaliyanın qonağı olacaq komandamız 4 gün sonra səfərdə Xorvatiya ilə qarşılaşacaq.


media-728x90banner

Bənzər xəbərlər