media-ulvi
Regionda gərginliyin artdığı bir zamanda Ermənistan və ermənipərəst dairələr Azərbaycana qarşı növbəti dəfə dezinformasiya kampaniyasına start veriblər.
Təhqir və qarayaxma ilə müşayiət olunan bu məqsədyönlü informasiya hücumları Azərbaycanın nüfuzuna xələl gətirmək, ölkəmizi beynəlxalq aləmdə gözdən salmaq, dost dövlətlərlə münasibətlərinə zərər vurmaq və dünya ictimaiyyətini çaşdırmaq məqsədi daşıyır. Bu gün davam edən hibrid təhdidlərin əsas hədəfi də məhz budur.
Azərbaycana qarşı yayılan saxta xəbərlər və təhrif olunmuş məlumatlar tamamilə qəbuledilməzdir. Dövlətimiz və xalqımız bu kampaniyalara qarşı haqlı olaraq öz mövqeyini qətiyyətlə bildirir. Biz bu prosesdə passiv qalmamalı, həqiqət səsimizi ucaltmalı, informasiya cəbhəsində fəal iştirak etməliyik.
Yayılan dezinformasiyalar, xüsusilə də Azərbaycan-İran və Azərbaycan-İsrail münasibətlərinə xələl gətirməyə yönəlmiş yalanlar, məqsədli şəkildə gündəmə gətirilir. Məqsəd bəllidir: Azərbaycanı süni şəkildə bu qarşıdurmalara cəlb etmək. Lakin bu mümkün deyil!
Azərbaycanın dövlət mövqeyi aydındır və dəyişməzdir. Xarici İşlər Nazirliyi İsrail-İran münasibətləri fonunda ölkəmizin rəsmi və qərəzsiz mövqeyini artıq bəyan edib.
Azərbaycan sülh istəyir!
Bizim məqsədimiz regionda uzunmüddətli sabitliyin və əmin-amanlığın bərqərar olunmasıdır. Bütün təxribatlara baxmayaraq, Azərbaycan beynəlxalq hüquqa əsaslanan mövqeyindən dönməyəcək və haqq yolunda addımlamağa davam edəcək.
Ülviyyə Həmzəyeva
Millət vəkili

media-728x90banner

Bənzər xəbərlər