“Azərbaycan regionda sülhün əldə olunmasına çox böyük töhfələr verib. Ən birinci növbədə sülh təklifini irəli sürməsidir. Digər tərəfdən çox böyük humanist addımlar atır. Azərbaycan ərazisi vasitəsilə Ermənistana yüklərin daşınması, Rusiyadan 25 min ton taxıl, 68 ton qarabaşaq, eləcə də Azərbaycan yanacağının Ermənistana göndərilməsi də biznes maraqları çərçivəsində həllini tapıb. Azərbaycan bu kimi böyük addımlar atır. Daimi və dayanıqlı sülhün əldə olunması üçün çox böyük diplomatik və siyasi səylər göstərir”.

 

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Ermənistanda Avropa Siyasi Birliyi sammitinin keçirilməsinə münasibət bildirərkən deyib.

 

Deputatın sözlərinə görə, Azərbaycanın təqdim etdiyi fundamental təkliflər sırasında açıq qalan məsələ Ermənistanın Konstitusiyasının dəyişməsidir: “Hesab edirəm ki, bu da öz həllini tapacaq. Ermənistanda Avropa Siyasi Birliyinin sammitinin keçirilib, eləcə də Avropa İttifaqının başqa bir tədbiri olacaq. Bu tədbirlər nə qədər səmimidir? O tədbirin təşkilatçıları bölgədə nə qədər sülhə nail olmaqdan ötrü addımlar atır? Biz ona baxmalıyıq. Cənab Prezident İlham Əliyev hər bir məsələni ən yüksək diplomatik tərzdə həll edir və sadəcə olaraq, sülh üçün Azərbaycanın etdiyini bu tərzdə heç kim ortaya qoya bilməyib. 2028-ci ildə keçiriləcək tədbirlə bağlı Paşinyanın Azərbaycana, Bakıya gəlməsi, əlbəttə, öz istəyidir. Elə platformadır ki, daxil olan ölkələr iştirak edir. Ermənistan da həmin platformada təmsil olunduğu üçün onun nümayəndələri də gələ bilər. Cənab Prezident İlham Əliyev dünya siyasətində baş verən prosesləri çox düzgün təhlil edir, müdrik qərarlar qəbul edir və cənab Prezidentinin atdığı hər bir addım Azərbaycan dövlətinin milli maraqlarına söykənir, Azərbaycan xalqının müstəqil və suveren hüquqlarının ifadəsidir. Eyni zamanda,  balanslaşdırılmış siyasət həyata keçirir. Cənab Prezidentimizin hər bir adıdmı düşünülmüş, ölçülmüş addımlardır. Ona görə də Prezidentimizin hər addımı Azərbaycanın milli maraqlarının ifadəsidir”.


media-728x90banner

Bənzər xəbərlər