Qəbələdə baş tutan Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü türk dünyasının həmrəyliyinin, qarşılıqlı etimadın və ortaq gələcək vizyonunun təntənəsinə çevrildi. Bu mühüm toplantı təkcə siyasi dialoq platforması deyil, həm də türk dövlətləri arasında çoxşaxəli əməkdaşlığın dərinləşməsi baxımından tarixi əhəmiyyət kəsb edir. Zirvə görüşündə qəbul edilən qərarlar və imzalanan sənədlər Türk dünyasının birliyini daha möhkəm əsaslar üzərində birləşdirərək, yeni inkişaf mərhələsinə qədəm qoydu.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Soltan Məmmədov açıqlama verib:

“Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə qəbul edilən qərarlar və imzalanan sənədlər Türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni və təhlükəsizlik sahələrində əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Türk dövlətləri arasında strateji əməkdaşlığın ən yüksək səviyyədə müzakirə olunduğu bu platforma ortaq mövqelərin formalaşmasına, beynəlxalq arenada birgə çıxışların güclənməsinə şərait yaradır”.

Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qlobal nəqliyyat və enerji mərkəzi kimi mövqeyini gücləndirdiyini vurğulayan S. Məmmədov deyib ki, Qarabağ Zəfərindən sonra Türk dünyasında ölkəmizin liderlik rolunun daha da artdığı bir dövrdə imzalanmış Şuşa Bəyannaməsi və digər sənədlər Türk birliyinin hərbi-siyasi təməlini formalaşdırır: “12-ci Zirvə görüşündə Türk dövlətləri arasında siyasi həmrəyliyi, iqtisadi inteqrasiyanı, enerji və nəqliyyat əməkdaşlığını, təhlükəsizlik və mədəni birlik ideyasını möhkəmləndirən çox vacib məsələlər müzakirə olundu. Qəbul olunmuş qərarlar və müzakirələrin məzmunu Türk Dünyasını yeni geosiyasi mərkəzə çevirən prosesin başladığını göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də qeyd etdi ki, Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır”.

Millət vəkili qeyd edib ki, Türk dünyasının regional gücdən qlobal aktora çevrilməsi üçün Türk ölkələrinin liderlərinin atdığı addımlar  real mexanizmlərin yaradılmasını nəzərdə tutur: “Xarici siyasətdə ortaq mövqelərin formalaşması, suverenliyə və ərazi bütövlüyünə qarşı təhdidlərə birgə reaksiya, ortaq iqtisadi təşəbbüslər, birgə humanitar layihələr Türk dünyasının birliyi ideyalarına xidmət edir. Azərbaycan bu prosesdə kifayət qədər önəmli rol oynayır”.

 


media-728x90banner

Bənzər xəbərlər