Azərbaycan Prezidenti hələ andiçmə mərasimində qeyd etmişdi ki, bizim xarici siyasətimizin əsas prioritet istiqaməti Türk Dövlətləri Təşkilatı ilə münasibətləri daha dakməkdir, dəqiqləşdirməkdir”.

Bunu  Milli Məclisin  deputat Hikmət Babaoğlu deyib.

 

 

 

O bildirib ki, əslində Azərbaycan Prezidentinin bu siyasəti hələ 2008-ci ildən başlayır: “Türkdilli dövlətlərin əməkdaşlıq şurası yaradılan zamandan bu günə qədər bu siyasətdə bir ardıcıllıq var. Bu gün də 2021-ci ildən sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatının Türk Dövlətləri Təşkilatına çevrilməsi qardaş ölkələrlə münasibətdə yeni bir mərhələ yaradıb.

Türkdilli Dövlətlərin Parlament Assambleyalarının rəhbərlərini, Parlament Assambleyasında iştirak etmək üçün Azərbaycana gəlmiş türkdilli ölkələrin parlament sədrlərini qəbul edərkən bir daha Azərbaycan Prezidenti türk dövlətlərini böyük bir ailə adlandırdı. Əlavə etdi ki, bu ailə həm də böyük coğrafiyadır, böyük iqtisadiyyatdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Prezidenti həmişə Türk Dövlətləri Təşkilatını yeni dünya nizamında güc mərkəzlərindən biri kimi vahid coğrafiya kimi, vahid hüquqi-siyasi məkan kimi görür.

Ötən gün Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin parlamentlərinin sədrlərini qəbul edərkən nümayəndə heyətinin iştirakı ilə öz çıxışında Azərbaycan Prezidenti bir daha bu məsələni xatırlatdı. Hazırkı mərhələdə bu həqiqətən də tarixi çağırışdır. Türk Dövlətləri Təşkilatına üzv olan hər bir ölkənin milli maraqları və strateji məqsədləri baxımından da bu çox mühüm əhəmiyyət kəsb edir”.


media-728x90banner

Bənzər xəbərlər