Azərbaycan uğurlu xarici diplomatiya həyata keçirir……
Bu ilin aprelindən Rusiya sülhməramlıları Qarabağdan çıxmağa başlayıb. Sülhməramlı kontingentə məxsus ilk avadanlıq və texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxarılıb.
Rusların ərazilərimizdən çıxarılması əldə edilmiş razılıq əsasında həyata keçirilir. Sonuncu qrup mayın 31-də Qarabağdan çıxacaq.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Rusiya sülhməramlılarının Qarabağdan çıxması Azərbaycanın gücü və qüdrətini, onun Rusiya ilə münasibətlərinin yüksək səviyyədə olmasını göstərir.

“Predent İlham Əliyev uğurlu xarici siyasəti davam etdirdi, Azərbaycan öz suverenliyini bərpa etdi. Bu, Azərbaycanın yeni reallıqlar fonunda suverenliyini, təhlükəsizliyini öz gücünə qorumağa qadir olduğunu göstərir. Hazırda sülh anlaşması ilə bağlı iş gedir. Şərti sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində əməli addımlar atılır. Göründüyü kimi, Azərbaycan 21-ci əsrdə sülhün əldə edilməsi üçün yeni model ortaya qoymaqdadır”.
Deputat vurğulayıb ki, Azərbaycan dünyaya diplomatiya dərsi keçir:
“Azərbaycanın diplomatiya sahəsində də dünyaya dərs keçdiyinə şahidlik edirik. Bu, Prezident İlham Əliyevin rəhbərliyi, xalqımızın və dövlətimizin uğurudur. Azərbaycan daha da güclənəcək, onun rifahı daha da artacaq. Zəngəzur dəhlizi işə düşəcək, eyni zamanda Qərbi azərbaycanlıların öz yurdlarına qayıtmaq üçün Qafqaz ailəsinin formalaşdırılması və birgəyaşayışın mümkünlüyünü reallaşdırmaq mümkün olacaq”.










