Azərbaycanda ard-arda zəlzələ
Şamaxı rayonunda daha bir zəlzələ qeydə alınıb.
XALQ xəbər verir ki, bu barədə Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Bildirilir ki, yerli vaxtla 16:05-də qeydə alınan 3.3 maqnitudalı yeraltı təkanların dərinliyi 10 km olub.
***
Şamaxıda baş verən zəlzələ daha bir neçə rayonda hiss olunub.
Bu barədə Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Bildirilib ki, zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.
***
Şamaxı rayonunda 4.7 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Qeyd edilib ki, yerli vaxtla 15:52-də qeydə alınan yeraltı təkanların dərinliyi 12 km olub










