Фzərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) qlobal enerji bazarlarında mühüm strateji dönüş nöqtələrindən birinə imza ataraq, dünyanın aparıcı bərpaolunan enerji şirkətlərindən biri “Enfinity Global” ilə mühüm əməkdaşlıq həyata keçirib. Bu tərəfdaşlıq çərçivəsində ARDNF ümumi quraşdırılmış gücü 402 meqavat (MVt) olan Günəş elektrik stansiyalarını əhatə edən layihə portfelində 49 faizlik pay əldə edib. Bu, Azərbaycanın qlobal enerji bazarında daha möhkəm mövqe tutmaq istiqamətində atdığı mühüm addımlardan biridir.

Buтг  açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Aydın Hüseynov söyləyib.

Onun sözlərinə görə, bu investisiya ARDNF-in məsuliyyətli, davamlı və strateji kapital yerləşdirmə yanaşmasının bariz nümunəsidir. “Fondun investisiya siyasəti son illərdə yalnız maliyyə gəlirləri ilə məhdudlaşmır, eyni zamanda, sosial, ətraf mühit və idarəetmə (ESG) meyarlarını da nəzərə alaraq, uzunmüddətli təsirə malik layihələrə üstünlük verir. Bu baxımdan Günəş enerjisi sahəsində reallaşdırılan bu sərmayə həm iqtisadi səmərəliliyi, həm də ekoloji dayanıqlılığı ilə diqqət çəkir. Bu addım, həmçinin ölkənin yaşıl enerji gündəminə sadiqliyinin bariz göstəricisidir.

Beynəlxalq əməkdaşlıq ARDNF-in ənənəvi enerji mənbələrindən əldə olunan gəlirləri qlobal səviyyədə perspektivli və gələcəyə yönəlik sahələrə yönəltmək strategiyasının bir hissəsidir. Fondun bərpaolunan enerji bazarına çıxışı yalnız gəlir mənbələrinin şaxələndirilməsini deyil, eyni zamanda, qlobal enerji keçidinə fəal şəkildə töhfə vermək niyyətini də əks etdirir. Dünya ölkələrinin karbonsuzlaşdırma və iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində təmiz enerjiyə üstünlük verdiyi dövrdə ARDNF-in bu addımı Azərbaycanın da iqlim öhdəliklərinə sadiqliyini və dayanıqlı inkişaf hədəflərinə nail olmaq niyyətini nümayiş etdirir”, – deyə deputat vurğulayıb.

A.Hüseynov qeyd edib ki, bu cür təşəbbüslər BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə də uzlaşır və beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. “Enfinity Global” bu əməkdaşlıqda strateji tərəfdaş kimi çıxış edir. Qlobal səviyyədə bərpaolunan enerji sahəsində tanınan bu şirkət layihələrin hazırlanması, maliyyələşdirilməsi, istismarı və uzunmüddətli idarə olunmasında yüksək peşəkarlığa və zəngin təcrübəyə malikdir. Onun fəaliyyəti bir neçə qitəni əhatə edir və beynəlxalq bazarda etibarlı tərəfdaş imici formalaşdırıb. Şirkətin qabaqcıl texnologiyalara və innovativ yanaşmalara əsaslanan fəaliyyət modeli ARDNF üçün əlavə imkanlar yaradır və layihənin uğurla həyata keçirilməsinə zəmanət verir.

Bu əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihələr müxtəlif coğrafi bölgələri əhatə edəcək, bərpaolunan enerji istehsalının artırılmasına, karbon emissiyalarının azaldılmasına və enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcək. Nəticə etibarilə, ARDNF yalnız maliyyə və investisiya baxımından deyil, həm də qlobal enerji sisteminin ekoloji və sosial sabitliyinə müsbət təsir göstərmək baxımından əhəmiyyətli rol oynayacaq”, – deyə o diqqətə çatdırıb.

Bu layihələrin yeni iş yerlərinin yaradılmasına və yerli iqtisadiyyatın inkişafına da öz töhfəsini verəcəyini söyləyən deputat deyib: “ARDNF-in bu cür təşəbbüslərdə iştirakı Azərbaycanın beynəlxalq maliyyə institutları və investorlar üçün şəffaf, məsuliyyətli və etibarlı tərəfdaş olduğunu bir daha sübut edir. Belə sərmayələr ölkənin qlobal enerji bazarındakı nüfuzunu artırmaqla yanaşı, bərpaolunan enerji texnologiyalarına çıxışını genişləndirir və gələcək nəsillər üçün dayanıqlı iqtisadi modelin formalaşdırılmasına xidmət edir. Belə layihələr Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi və postneft dövrünə hazırlıq baxımından da mühüm əhəmiyyət kəsb edir.

ARDNF gələcəkdə də beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirməyi, qlobal səviyyədə dayanıqlı və innovativ layihələrə sərmayə yatırmağı, Azərbaycanın milli maraqlarını qoruyaraq, gələcək nəsillər üçün uzunmüddətli dəyər yaratmağı hədəfləyir. Fondun bu strategiyası Azərbaycanın dünyanın enerji xəritəsində aparıcı və etibarlı oyunçu kimi mövqeyini daha da möhkəmləndirəcək”.

 


media-728x90banner

Bənzər xəbərlər