Yeni parkın açılışı ekoloji tarazlığın qorunmasına və şəhər abadlığına mühüm töhfə verəcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşən “Antena” sahəsində yeni salınan parkın açılışında iştirak ediblər. Yeni parkın yaradılması ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması, şəhərsalma siyasətinin inkişafı və vətəndaşların sağlam mühitdə yaşaması istiqamətində mühüm addımlardan biridir.
Yeni parkın istifadəyə verilməsini yüksək qiymətləndirərək bildirib ki, bu cür layihələr paytaxtın abadlaşdırılması ilə yanaşı, ekoloji tarazlığın qorunmasına da mühüm töhfə verir:
“Son illərdə ölkəmizdə genişmiqyaslı abadlıq və yaşıllaşdırma işləri həyata keçirilir. Dövlətimizin başçısının rəhbərliyi ilə görülən işlər çərçivəsində paytaxtda və regionlarda ekoloji tarazlığın qorunması üçün yeni parklar, yaşıllıq zonaları yaradılır. Bu layihələr həm şəhər mühitinin daha sağlam olmasına, həm də vətəndaşların rahat istirahətinə xidmət edir. Məhz bu baxımdan ‘Antena’ sahəsində yaradılan yeni park da şəhərimizin simasına əlavə gözəllik qatacaq, insanlara rahat və ekoloji cəhətdən təmiz istirahət mühiti bəxş edəcək”.
Yeni parkın yaradılması zamanı müasir ekoloji standartlara ciddi riayət olunub. Parkın 14 hektarlıq ərazisində geniş yaşıllıq sahəsi salınıb, 20 mindən çox ağac və kol əkilib, avtomatik suvarma sistemi və digər ekoloji tələblərə cavab verən infrastruktur qurulub. Həmçinin, piyada və velosiped yollarının çəkilməsi, idman və uşaq meydançalarının yaradılması bu məkanın ekoloji cəhətdən dayanıqlı və sosial baxımdan faydalı bir layihə olduğunu göstərir.
Yaşıllıq zonalarının genişləndirilməsi və ekoloji balansın qorunması Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir və bu istiqamətdə aparılan işlər gələcəkdə də davam etdiriləcək.
“Antena” sahəsində yeni yaradılan park – ekoloji tarazlıq və abadlaşdırma siyasətinin növbəti uğurlu nümunəsidir.
Fatma Yıldırım
Milli Məclisin deputatı

media-728x90banner

Bənzər xəbərlər