Bu gün Naxçıvan Ali Məclisinin növbəti sessiya iclası keçirilib.

XALQ  xəbər verir ki, iclasda Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxovun tutduğu vəzifədən azad edilməsi haqqında layihə səsə qoyulub.

media-samiq

Qərara əsasən, S.Sadıxov nazir vəzifəsindən azad edilib.

Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədovun imzaladığı Sərəncama əsasən, Rəşadət Qurban oğlu Nabatov Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin müavini təyin edilib.

media-naxx

Sərəncama uyğun olaraq, yeni nazir təyin olunana qədər səhiyyə nazirinin səlahiyyətlərinin müvəqqəti icrası da Rəşadət Nabatova həvalə olunub.


media-728x90banner

Bənzər xəbərlər