Azərbaycanda təhlükəsizlik və sabitlik mühiti yaradılıb-Video
Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirib ki, Uğurlu diplomatik qələbələrlə Azərbaycan dünya birliyinə nümayış etdirdi ki, rəsmi Bakı regiona kənar müdaxilələrə, Ermənistanda revanş hissi ilə baş qaldırmaq istəyən qüvvələrin fəallaşmasına baxmayaraq, daim sülhsevər siyasət yürüdür və istədiyinə nail olur. Bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi xarakterizə olunur. Ölkəmizin milli gücünü artıran əhəmiyyətli amillərdən biri də möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlikdir. Azərbaycanda mövcud olan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsidir. Bütövlükdə, Azərbaycan vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsində, sosial rifahın yaxşılaşdırılmasında, inkişafın davamlı olmasında mühüm rol oynayan amillərdən biri etibarlı təhlükəsizlik və sabitlik mühitidir. Təsadüfi deyil ki, beynəlxalq reytinq agentliklərinin hesabatlarında da ölkəmizdə hökm sürən etibarlı sabitlik mühiti öz əksini tapır və yüksək qiymətləndirilir.










