Azərbaycanda vəzifəli şəxs intihar etdi
Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini intihar edib.
Xalq.Az-ın xəbərinə görə intihar hadisəsi Astara rayonu Rüdəkənar kəndində qeydə alınıb.
Orada kirayədə yaşayan, 1986-cı il təvəllüdlü Cahangirli Əli Nəcəfalı oğlu özünü asaraq öldürüb.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.