Azərbaycanda yeni kanal fəaliyyətə başlayır
AzTV-nin keçmiş sədr müavini tanınmış telejurnalist Rüfət Həmzəyev yeni televiziya kanalı açır.
XALQ.AZ məlumat verir ki, o bu gündən qlobal xəbər və analitika sahəsində alternativ baxışı təqdim edən ANEWZ beynəlxalq televiziya kanalı fəaliyyətə başladığını bildirib:
Rüfət Həmzəyevin sözlərinə görə, 12-dən çox ölkədə təmsilçisi ilə 110-dan çox ölkəyə yayımlanan ANEWZ peyk, rəqəmsal, sosial media kanalları vasitəsi ilə izlənilə bilər:
“Böyük Britaniya, ABŞ, İspaniya, Portuqaliya, Ukrayna, Türkiyə, İordaniya, Nigeriya, Zambiya və digər ölkələrdən media sahəsində geniş təcrübəsi olan jurnalistlər yaradıcı heyətə daxildirlər.
Beynəlxalq ingilisdilli kanal kimi ANEWZ yüksək jurnalistika standartlarını, o cümlədən beynəlxalq və yerli istedadları bir araya gətirir. Kanalın əsas məqsədlərindən biri də Azərbaycanda ingilisdilli jurnalistikanın inkişafına töhfə verməkdir”.
Rüfət Həmzəyev 2020-ci ilin fevralından 2024-cü ilin iyulunadək AzTV-nin sədr müavini postunda çalışıb.