Azərbaycanın gələcəyə yönəlmiş sarsılmaz iradəsinin göstəricisi..
Bəşəriyyət tarixində dərin iz buraxmış Gernika adı bu gün artıq yalnız faciənin deyil, həm də sülhün, barışığın və mənəvi dirçəlişin rəmzi kimi səslənir.
Belə bir böyük tarixi və mənəvi məna daşıyan “Gernika Sülh və Barışıq Mükafatı”nın Prezident İlham Əliyevə təqdim olunması müasir dövrdə sülh ideyasına verilən ali dəyərin parlaq ifadəsidir.
Bu nüfuzlu mükafat təkcə bir dövlət başçısının fəaliyyətinə verilən qiymət deyil, eyni zamanda Azərbaycanın həyata keçirdiyi prinsipial, uzaqgörən və məsuliyyətli siyasətin beynəlxalq miqyasda yüksək etirafıdır. Sülhün sadəcə arzu deyil, qətiyyətli siyasi iradə, strateji baxış və tarixi məsuliyyət tələb edən ali dəyər olduğunu sübut edən bu yanaşma regionda yeni reallıqların formalaşmasına mühüm töhfə verir.
Tarixin ən çətin sınaqlarından çıxmış bir xalqın iradəsini təcəssüm etdirən Azərbaycan bu gün də sülhün dəyərini dərindən anlayan və onu qorumağı özünün ali məqsədlərindən biri kimi qəbul edən dövlət kimi çıxış edir. Bu baxımdan, bu yüksək mükafat həm də xalqımızın keçdiyi şərəfli yolun, qazandığı zəngin təcrübənin və gələcəyə yönəlmiş sarsılmaz iradəsinin parlaq təcəssümüdür.











