media-soltan
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə səsləndirilən fikirlər və tapşırıqlar ölkəmizin rəqəmsal transformasiya mərhələsinə keçidinin mühüm yol xəritəsidir.
Bu fikirləri Milli Məclisin deputatı Soltan Məmmədov deyib.  Deputat bildirib ki, “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planı dövlət idarəçiliyində çevikliyin artırılmasına, süni intellekt və innovativ texnologiyaların tətbiqinə, həmçinin vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə təkan verəcək:
“Müasir dövrümüzdə dünya təcrübəsi göstərir ki, süni intellektin tətbiqi, data mərkəzlərinin qurulması və rəqəmsallaşma artıq yalnız yenilik deyil, həm də ölkələrin gələcək inkişafını müəyyən edən əsas strateji istiqamətlərdən birinə çevrilmişdir. Süni intellekt bizə daha çevik idarəetmə, daha dəqiq qərarvermə və resurslardan səmərəli istifadə imkanları yaradır. Böyük həcmdə məlumatların qısa zamanda təhlili, xidmətlərin avtomatlaşdırılması və insan faktorundan irəli gələn səhvlərin azalması dövlət idarəçiliyində səmərəliliyi artıracaq və iqtisadiyyatın müxtəlif sahələrində məhsuldarlığın yüksəlməsinə səbəb olacaq.”
S. Məmmədov qeyd edib ki, Azərbaycan Respublikasında həyata keçirilən enerji siyasəti ölkəmizin dayanıqlı inkişafı və enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edir: Həyata keçirilən uğurlu enerji siyasətinin nəticəsidir ki, son illərdə enerji generasiya gücümüz əhəmiyyətli dərəcədə artmışdır. Neft və qaz sektorunda beynəlxalq əməkdaşlığımız genişləndirilib, ixrac imkanlarımız artmışdır. Yeni elektrik stansiyalarının tikintisi, mövcud infrastrukturun modernləşdirilməsi və bərpa olunan enerji mənbələrinə yatırımlar ölkəmizdə enerji təminatının etibarlılığını artırır. Bütün bu tədbirlər Azərbaycanın regionda strateji enerji mərkəzi kimi mövqeyini möhkəmləndirir və gələcək nəsillər üçün dayanıqlı enerji təminatını təmin edir.”
Millət vəkili vurğulayıb ki, Azərbaycan dünyanın ən böyük maliyyə resurslarını idarə edən qlobal fondlarla sıx əməkdaşlıq edir ki, bu da ölkəmizin iqtisadi inkişafına və investisiya imkanlarının genişləndirilməsinə mühüm töhfə verir:
Bu əlaqələr vasitəsilə ölkəmizə iri həcmli investisiyalar cəlb olunur, strateji layihələr maliyyələşdirilir və iqtisadiyyatımızın dayanıqlığı gücləndirilir. Bundan başqa Azərbaycan dünya ölkələri ilə mövcud əlaqələri daha da inkişaf etdirir, yeni-yeni əməkdaşlıq əlaqələri qurur, öz strateji tərəfdaşlarının sayını artırır. Əlbəttə bütün bunlar möhtərəm, cənab Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu, unikal xarici siyasətin nəticəsidir.”

media-728x90banner

Bənzər xəbərlər