Qarabağ qaziləri Rəşad Aslanov üçün çağırış etdilər-Seçicilərlə görüş-Video-Fotolar
XALQ.AZ məlumat verir ki, 61 saylı Qusar seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Rəşad Aslanov avqustun 19-də Qusar rayonu Kuxuroba, Gedəzeyxur, İmamqulukənd, Bədişqala kəndlərində seçicilərlə görüşüb.
Çıxışı zamanı ehtiyatda olan polkovnik Rəşad Aslanov seçki platformasını görüş iştirakçılarının diqqətinə çatdırıb və deputat seçiləcəyi təqdirdə hər zaman onlarla bərabər olacağını qeyd edib.
Görüşdə iştirak edən Vətən müharibəsi iştirakçısı Bəhram Ağakişiyev Qusardan deputatlığa namizəd olan Rəşad Aslanovun fəaliyyətindən danışaraq seçicilərə sentyabrın 1-də seçkilərdə fəal olub ona səs vermək üçün çağırş etdi.
Qarşılıqlı dialoq şəraitində baş tutan görüşdə seçicilər onu millət vəkili görmək istədiklərini bildirib gözləntiləri barədə danışıblar.
Qərargahdan bildirilib ki, Rəşad Aslanovun seçicilərlə görüşləri davam edir.