Azərbaycanın qətiyyətli və haqlı tələbi öz həllinin tapdı
Uzun müddət davam edən mürəkkəb və həssas danışıqlar prosesindən sonra Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzası ilə bağlı məsələ öz həllini tapdı.
Bu qərar iki ölkə arasında qarşılıqlı hörmətə, beynəlxalq hüququn prinsiplərinə və konstruktiv dialoqa əsaslanan münasibətlərin bariz nümunəsidir.
Əldə olunan razılaşma, baş vermiş hadisənin nəticələrinin ədalətli şəkildə aradan qaldırılması ilə yanaşı, gələcəkdə oxşar halların qarşısının alınması baxımından da mühüm əhəmiyyət kəsb edir.
Eyni zamanda, bu addım Azərbaycan və Rusiya arasında mövcud əməkdaşlıq mühitinin davamlılığını və qarşılıqlı məsuliyyət prinsipinin qorunduğunu göstərir.
Dövlətlərarası münasibətlərdə bu cür həssas məsələlərin məhz danışıqlar yolu ilə, hüquqi və diplomatik çərçivədə həll olunması regionda sabitliyin möhkəmlənməsinə xidmət edir.
Baş vermiş faciə nəticəsində həyatını itirənlərin xatirəsi dərin ehtiramla anılır, onların ailələrinə və yaxınlarına bir daha başsağlığı verilir. Bu cür hadisələrin təkrarlanmaması isə hər bir tərəfin ortaq məsuliyyəti olaraq qalır.
Rəşad Mahmudov
Millət vəkili










