media-konnul

Alim Könül Bünyadzadənin yeni kitabı nəşr olunur.

 

XALQ-ın məlumatına görə,  şərqşünas alim, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Könül Bünyadzadənin “Sufi Phenomenology” kitabı  “Amazon” beynəlxalq platformada satışa çıxarılıb.

media-ko

Kitab  Şərq və Qərb düşüncəsini uyğunlaşdıran yeni paradiqma təklif etməklə Sufi Fenomenologiyası fəlsəfi araşdırma və şəxsi transformasiya üçün yeni yollar açır. Həmçinin nəşr olunan kitab Sufizm fəlsəfəsi ilə Husserl fəlsəfəsinin sintezi əsasında yeni fəlsəfi konsepsiya təqdim edir. 

Bu, Şərqdə, xüsusilə Azərbaycanda qadın filosofu tərəfindən təqdim edilən ilk fəlsəfi sistemdir.

Kitab dünyada tanınmış “Springer” nəşriyyatında çap ediləcəkdir.

Könül Bünyadzadənin kitabını bu keçiddən əldə etmək olar.

 


media-728x90banner

Bənzər xəbərlər