Azərbaycanlı diplomatlar Los-Ancelesdən çıxarıldı
Kaliforniyada yanvarın 7-dən başlayan yanğınlar ucbatından Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun yerləşdiyi bina müvəqqəti olaraq təxliyə edilib.
XALQ.AZ xəbər verir ki, bunu XİN-in sözçüsü Ayxan Hacızadə bildirib.
O qeyd edib ki, distant qaydada Baş Konsulluğun fəaliyyəti davam edir, hadisələrin gedişatı izlənilir və vətəndaşlarla əlaqə kanalları daim açıq saxlanılır.