Azərbaycanlı müğənni “Ferrari” ilə qəza törədib
Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Nəvai (Nəvai Bəkirov) avtomobil qəzası keçirib.
XALQ xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb. İfaçı Moskvanın Zubovski bulvarında idarə etdiyi “Ferrari” markalı avtomobillə işıqfora çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Bildirilir ki, Nəvai hadisədən sonra tanınmamaq üçün geyimini dəyişərək diqqət çəkməməyə çalışıb.














