Azərbaycanlı samboçu erməniyə qalib gəldi
Azərbaycan dörd bürünc medal qazanıb
Kiprin Limasol şəhərində keçirilən sambo üzrə yeniyetmə və gənclərin Avropa çempionatı başa çatıb.
Azərbaycan dörd bürünc medal qazanıb.
Belə ki, yeniyetmələrdə Vilayət Bayramov (-62 kq), Mehman Mehdizadə (-57 kq), gənclərdə isə Sahib Babayev (-48 kq) və Toğrul Salmanov (+87 kq) üçüncü yerə çıxıb.
Azərbaycan samboçularından Röyal Rüstəmov (-65 kq) medal qazana bilməsə də, 1/4 finalda Ermənistan idmançısı Arsen Avedisyana 2:0 hesabı ilə qalib gəlib. Həmin görüşün videosunu təqdim edirik:
Orxan