Azercell fəaliyyətinin sonunu yaxınlaşır
Məlum olduğu kimi, artıq ölkəmizdə də uzun illərdir ki, səbirsizliklə gözlənilən mobil nömrə daşınma xidməti reallaşır. Bu isə mobil rabitə xidmətinin keyfiyyətinin yaxşılaşdırılması ilə yanaşı həm də qiymətlərdə enmənin müşahidə olunacağını şərtləndirəcək. Hər halda abonentlərin daha mobil operatorlardan asılılığının qalmaması qiymətlərə də təsirsiz ötüşməyəcək.Bəs, bu xidmətdən necə yararlanmaq olar?Yenilikdən yararlanmaq üçün abunəçi ilkin mərhələdə sim kartını yenisi ilə əvəz etməlidir. Sim kart dəyişidirildikdə isə abunəçinin mobil nömrə prefiksi və mobil nömrə bütövlükdə dəyişmədən qalacaq. Proses bir neçə mərhələdən ibarətdir. Abunəçi ilə yeni mobil operator arasında müqavilə imzalandıqdan sonra maksimum 6 iş günü ərzində müraciətə baxılaraq istifadəçiyə yeni sim kart təqdim olunur. Amma müraciətə abunəçi imtina cavabı da ala bilər. Bu isə nömrə resursları hazırlanması və istifadə qaydaları ilə tənzimlənir. İmtina səbəblərinə isə aşağıdakılar daxildir: Nömrə abunəçinin adına olmadıqda. Abunəçinin verici operator qarşısında borcu olduqda. Abunəçinin verici operatorla məhkəmə çəkişməsi olduqda, öhdəliyi olduqda nömrə daşınmasından imtina edilər bilər. Xidmətə qoşulandan sonra abunəçi ondan yalnız 3 aydan sonra imtina edə bilər. Sim kartı bütün mobil operatorlar müştərilərə tam pulsuz təqdim edir. Daha çox abunəçi cəlb etmək üçün isə mobil operatorlar artıq indidən bir sıra sərfəli şərtlər təqdim etməyə başlayıb. Bu təkliflər arasında şəhər sakinlərini daha çox maraqlandıran cəhətin nə olması ilə maraqlandıq. Yeni xidmət mobil operatorlar arasında rəqabəti daha sağlam etməklə yanaşı, ən əsası abunəçilərə azad seçim hüququ tanıyacaq. Məhz abunəçinin azadlığına hesablanan bu xidmət onların əvvəlki kimi bir mobil operatorun əsirliyindən azad edəcək.Digər operatorlar qazanacaq, Azercell isə…Göründüyü kimi, Azərbaycanın mobil rabitə sektorunda bu şərtlər yalnız Azercell üçün sərfəli sayıla bilməz. Bəlli olduğu kimi, Azercell ölkənin ən bahalı mobil rabitə xidmətidir və mobil nömrə daşıma xidmətindən yararlanacaq əsas kütlə də məhz sözügedən şirkətin müştəriləri olacaq. Belə ki, uzun illərdir ki, eyni Azercell nömrəsi işlədən minlərlə vətəndaşımız var ki, onların bu günə qədər digər operatora üz tutmamasının tək səbəbi həmin nömrələrini itirmək istəməmələridir. İndi yaranan şərait isə onlara illərdir işlətdikləri nömrələrdən imtina etmədən digər –daha sərfəli mibil operatorun xidmətlərindən istifadə haqqı tanıyacaq. Bu baxımda da prosesdən daha çox ziyanla məhz Azercell şirkətinin çıxacağını proqnozlaşdırmaq olar. – See more at: http://azerinews.tv/index.php?newsid=7237#sthash.tR9GwepH.dpuf











