“AzerGold” QSC-dən dayanıqlı inkişaf məqsədlərinə davamlı diqqət
“AzerGold” QSC-dən XALQ.AZ bildirilib ki, məsuliyyət zonalarında dayanıqlı inkişaf məqsədlərini daim diqqətdə saxlamaqla dövlətimizin yürütdüyü sosial siyasətə töhfələrini verir. QSC 8 ildir ki, fəaliyyət göstərdiyi Gəncə-Daşkəsən iqtisadi rayonunda yerli icmaların hərtərəfli dəstəklənməsi, o cümlədən məşğulluq, təhsil, sağlamlıq, inklüziv inkişaf, idman,
mədəniyyət və digər istiqamətlərdə inkişafı yönündə ardıcıl və sistemli layihələr icra edir.