2017-ci ildə “Çovdar” qızıl yatağında hasilat işlərinə başlayan “AzerGold” QSC istismar işləri ilə paralel ətraf ərazilərdə – Daşkəsən və Göygöl rayonlarında əlavə kəşfiyyat işləri icra edib.

 

QSC-dənXALQ.AZ-a bildirilib ki, nəticədə kəşf və tədqiq edilən yeni yataqların hesabına satılabilən qızıl ehtiyatı 179 min unsiyadan 778 min unsiyaya çatdırılıb. Bununla da “Çovdar” və cinahlardakı yataqlar üzrə ümumi satılabilən qızıl ehtiyatı bazasının 4 dəfədən çox artırılmasına nail olunub.


media-728x90banner

Bənzər xəbərlər