“Azərişıq”ın avtomobil aşdı- Sürücü təcili xəstəxanaya çatdırılıb
Ağcabədidə “Azərişıq”a məxsus avtomobil aşıb.
XALQ.AZ xəbər verir ki,hadisə rayonun Boyat kəndi ərazisində qeydə alınıb. 1993-cü il təvəllüdlü Murad İbrahimlinin idarə etdiyi avtomobil idarəetməni itirərək aşıb. Xəsarət alan sürücü Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, M.İbrahimli “Azərişıq” ASC-nin əməkdaşıdır.
Faktla bağlı araşdırma aparılır.