media-azer

“Azeronline” internet provayderin istifadəçisi xidmətin keyfiyyətsizliyindən və müştəri məmnuniyyətinə əməl olunmamasından şikayət edib.

Bakues.az-ın “Qaynar Xətti”nə daxil olan məlumata görə, istifadəçi ödənişi etdiyi halda internetin artıq 10 gündür ki, işləmədiyini bildirib.

O, bununla bağlı dəfələrlə “Azəronline”la əlaqə saxlasa da, müxtəlif bəhanələrlə üzləşdiyini və problemin həll olunmadığını bildirib.

Belə ki, provayderin əməkdaşının baxış üçün “yolda” olduğu bildirilsə də, nə əməkdaş gəlib, nə də problem aradan qaldırılmayıb.

Şikayətçi məsələnin araşdırılmasını və xidmətin bərpa olunmasını tələb edir.

İrəli sürülən ittihamla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


media-728x90banner

Bənzər xəbərlər