Babək rayonunda məktəb vurulub-Dərslər dayandırldı
İran ərazisindən uçan PUA-lardan biri Naxçıvan Muxtar Respblikasının Babək rayon Şəkəkabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb. Naxçıvan Təhsil Nazirliyindən bildirilib ki, xəsarət alan yoxdur, Dərs dayandırılıb, şagirdlər təxliyyə edilib.
Naxçıvan MR Təhsil Nazirliyi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Novruz Məmmədov bildirib.
O qeyd edib ki, hazırda məktəblərdə tədris davam edir: “Hava limanı yaxınlığında yerləşən Şəkərəbad məktəbindən 500 metr aralıya dron düşüb. Hazırda məktəblərdə tədris davam edir. Sadəcə, bəzi valideynlər narahat olaraq uşaqlarını məktəbdən götürürlər. Amma məktəblərin işində fasilə yaranmayıb”.










